Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belə yay olmayacaq - Xəbərdarlıq 

Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır...

Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?

Poliqon xəbər verir ki, məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a havaların bu cür sərin keçməsi yaz mövsümünə müəyyən qədər uyğundur, müəyyən qədər isə uyğun olmadığını bildirib.

"Çünki hava bəzən həddindən artıq sərin və soyuq olur. İsti günlərin sayı olduqca azdır. Bu isə iqlimdə baş verən dəyişikliklər, Arktik hava kütlələrinin və siklonların daxil olması ilə bağlıdır. Hətta qonşu Türkiyənin bəzi regionlarında qar yağıb. Bu da havanın kəskin soyumasının göstəricisidir və yaz fəslinə tam uyğun deyil".

Ekoloq deyib ki, vəziyyətin belə davam etməsi, yayda isti günlərin sayının artmasına səbəb olacaq:

"Çünki yağıntının çox olması və rütubətin artması nəticədə havanın daha isti keçməsinə təsir göstərən amillərdəndir. Bu isə isti günlərin sayını artıraraq istiləşmə prosesinin bir qədər uzanmasına gətirib çıxara bilər. Onsuz da son dövrlərdə ölkədə istiləşmə günlərinin sayı xeyli artıb. Buna görə də bu ilin də isti keçən yaylardan biri olacağı gözlənilir", - deyə o qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay